İran və Almaniya xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Almaniya xarici işlər nazirləri arasında telefon danışığı olub
# 29 iyun 2012 16:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran xarici işlər naziri Əli Əkbər Salehi ilə alman həmkarı Gido Vestervelle arasında telefon danışığı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, tərəflər əsasən İranla “altılıq” ölkələri arasında keçirilmiş nüvə müzakirələri barədə fikir mübadiləsi aparıblar. Danışıq zamanı konkret nəticə əldə olunması üçün İranla “altılıq” ölkələri arasında müzakirələrin davam etdirilməsi vacib sayılıb. Ə. Salehi deyib ki, “Moskvada keçirilmiş nüvə müzakirələrində “altılıq” ölkələri İranın təkliflərinə cavab versəydi, irəliyə doğru addım üçün zəmin hazırlanacaqdı”. Sonda tərəflər iyulun 3-də İstanbulda ekspertlər çərçivəsində keçiriləcək müzakirələrin daha yüksək səviyyədə danışıqlar üçün zəmin hazırlayacağına ümid etdiklərini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR