Əfqanıstanda baş vermiş terror aktı nəticəsində 10 polis nəfəri həlak olub

Əfqanıstanda baş vermiş terror aktı nəticəsində 10 polis nəfəri həlak olub
# 29 iyun 2012 18:57 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın şərqindəki Nuristan əyalətində baş vermiş terror aktı nəticəsində ən azı 10 polis nəfəri həlak olub.

İlkin məlumatlara görə, terrorçu-kamikadzelər Kamdeş mahalında yaşayış kompleksinin qapısının yanında partlayıcı qurğunu işə salıblar. Daha sonra silahlılar kompleksin ərazisinə daxil olaraq atəş açmağa başlayıblar.

Terror aktı və daha sonra polislərlə silahlılar arasında başlamış atışma nəticəsində 10 polis nəfəri həlak olub. Silahlılardan 17 nəfəri məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR