İranın vitse-prezidenti ilə Türkiyə prezidenti arasında görüş keçirilib

İranın vitse-prezidenti ilə Türkiyə prezidenti arasında görüş keçirilib
# 29 iyun 2012 23:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyədə səfərdə olan İran pezidentinin beynəlxalq məsələlər üzrə müavini Əli Səidlu bu ölkənin dövlət başçısı Abdullah Gül tərəfindən qəbul edilib. APA-nın İRNA-ya istinadən məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, İranla Türkiyə arasındakı ticarət həcminin artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Sonda Ə. Səidlu İran prezidenti Mahmud Əhmədinejadın bu ilin sentyabrında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərin yığıncağına dəvət məktubunu A. Gülə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR