İranda sabiq azərbaycanlı deputat edam oluna bilər

İranda sabiq azərbaycanlı deputat edam oluna bilər
# 30 iyun 2012 03:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda V çağırış parlamentinə Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərindən deputat seçilmiş Səməd Qasımpur barəsində çıxarılmış edam cəzası qüvvədə saxlanılıb. APA-nın HRANA-ya istinadən məlumatına görə, İran Ali Məhkəməsi narkotik qaçaqmalçılığında günahlandırılan keçmiş millət vəkili barəsindəki ölüm hökmünü təsdiqləyərək hökmü icrası üçün müvafiq şöbəyə göndərib.
Bundan başqa, Zahidan İnqilab Məhkəməsi 2 nəfər barəsində ölüm hökmü çıxarıb. Onlar 2010-cu ildə Zahidan şəhərində törədilmiş terror aktının təşkilində təqsirləndirilib. Həmin vaxt məscidin partladılması nəticəsində yüzlərlə adam həlak olub və yaralanıb. Hadisə ilə bağlı 4 nəfər həbs olunub, onlardan ikisi edam cəzasına məhkum olunsa da, digər ikisinin taleyi hələlik məlum deyil.
Eyni zamanda Qəzvin vilayətinə bağlı Abyek şəhərində 3 nəfər edam cəzasına məhkum edilib. Onlar narkotik qaçaqmalçılığında günahlandırılıb. Qərarı Abyek şəhərinin ümumi və inqilab məhkəmələri çıxarıb. Məhbuslar yaxın günlərdə Qəzvin zindanında asılacaqlar.
Qeyd edək ki, bir il ərzində Aybek şəhərində 10 nəfər barəsində edam hökmü çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR