İran Silahlı Qüvvələrinin Baş Qərargahı: “Təhdidlərə qarşı çoxtərəfli hücum planımız var”

İran Silahlı Qüvvələrinin Baş Qərargahı: “Təhdidlərə qarşı çoxtərəfli hücum planımız var”
# 30 iyun 2012 16:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrana qarşı hərbi əməliyyat həyata keçiriləcəyi təqdirdə, biz də qarşılıq verərək hücum edəcəyik”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri açıqlama verib.

O bildirib ki, İran ehtimal edilən hücumlara qarşı çoxtərəfli hücum planı hazırlayıb: “İran və dostlarının təhlükəsizliyi bizim böyük əhəmiyyət kəsb edir. Hərbi doktrinamız müdafiə yönümlüdür. Lakin əgər təhlükəsizliyimiz təhdid edilərsə, qəti şəkildə lazımi qarşılıq verərək biz də hücuma keçəcəyik. İranın bugünkü siyasəti ali dini lideri ayətullah Xamneyinin “təhdidə qarşı təhdid” strategiyasına əsaslanır. Bu isə o deməkdir ki, Tehran öz maraqlarından əsla geri addım atmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR