Pan Ki Mun: Suriyadakı böhranın həlli yolu tapılmasa BMT-nin missiyası bu ölkədən çıxarılacaq

Pan Ki Mun: Suriyadakı böhranın həlli yolu tapılmasa BMT-nin missiyası bu ölkədən çıxarılacaq
# 30 iyun 2012 17:43 (UTC +04:00)
Bakı-APA. BMT-nin baş katibi Pan Ki Mun bəyan edib ki, Suriyadakı böhranın həlli yolu tapılmasa BMT-nin müşahidəçi missiyası bu ölkədən çıxarılacaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Britaniyanın xarici işlər naziri Uilyam Xeyq deyib ki, missiyanın çıxarılması regionda təhlükəli qeyri stabillik və yeni təhlükələrə gətirib çıxaracaq.
O bildirib ki, Suriyadakı vəziyyəti dəyişmək Koffi Annan və ƏDL-nın “yol xəritəsi” planını həyata keçirməsi ilə nail olmaq olar.
Xatırladaq ki, BMT-nin Suriyadakı müşahidəçi missiyası ölkədə zorakılığın artması səbəbindən fəaliyyətini iyunun 16-dan dayandırmaq barədə qərar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR