Suriyada baş vermiş toqquşmalarda 29 nəfər həlak olub

Suriyada baş vermiş toqquşmalarda 29 nəfər həlak olub
# 30 iyun 2012 20:45 (UTC +04:00)
Bakı-APA. Bu gün Suriyada hökumət qüvvələri və müxalifət arasında baş vermiş toqquşmalarda 29 nəfər həlak olub.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, qərargahı Londonda yerləşən İnsan Hüquqları Üzrə Müşayiət Şurası bildirib ki, bunlardan 23 nəfər dinc sakinlər olub.
Şura Duma şəhərində vəziyyətdən narahat olduğunu qeyd edib. Suriya ordusu bu şəhər uğrunda iyunun 21-dən döyüşlər aparır. Şura bildirib ki, Duma şəhərində 1000-dən artıq dinc əhali qalmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR