Sergey Lavrov: Rusiya vurulan türk təyyarəsi barədə məlumatı təqdim etməyə hazırdır

Sergey Lavrov: Rusiya vurulan türk təyyarəsi barədə məlumatı təqdim etməyə hazırdır
# 30 iyun 2012 22:05 (UTC +04:00)
Bakı-APA. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya vurulan türk təyyarəsi barədə obyektiv məlumata malikdir və bu məlumatı təqdim etməyə hazırdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Lavrov deyib ki, hadisə ilə bağlı Rusiyanın öz müşahidə sistemləri ilə əldə olunan məlumat obyektivdir.
Xatırladaq ki, türk döyüş təyyarəsi Aralıq dənizi üzərində Hatay vilayəti yaxınlığında yoxa çıxıb. Dəməşq bildirib ki, Suriya Hava hücumundan müdafiə qüvvələri Türkiyəyə məxsus F-4 qırıcı təyyarəsini ölkənin ərazi sularının üzərindən uçarkən vurublar.
Lakin Türkiyə tərəfi iddia edir ki, təyyarə beynəlxalq hava məkanında vurulub və təyyarənin qalıqları Suriya ərazi sularına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR