Gələn ildən İranda internetdən istifadə dayandırılacaq

Gələn ildən İranda internetdən istifadə dayandırılacaq
# 10 avqust 2012 14:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran 2013-cü ildə internetdən istifadəni dayandıracaq”. APA-nın məlumatına görə, bu barədə İranın informasiya texnologiyaları və telekommunikasiya naziri Rza Tağıpur açıqlama verib. O bildirib ki, gələn ildən ölkəsində İran sərhədləri ilə məhdudlaşan milli internet - intranetdən istifadə ediləcək: “İnternet etibar qazana bilməyən vasitədir. Bu şəbəkə müəyyən ölkələrin əlindədir. Odur ki, İranın dövlət müəssisələrinə və nazirliklərə məxsus saytlar bu ilin senytabr ayında ümümdünya şəbəkəsindən çıxarılacaq. Tam şəkildə isə intranet 2013-cü ildən işə düşəcək”.

Qeyd edək ki, İran banklarında bu ilin may ayından xarici elektron poçtlardan, o cümlədən də “gmail”, “yahoo” və “hotmail” poçt servislərindən istifadə etmək qadağan olunub. Eləcə də “Facebook”, “Twitter” və digər sosial şəbəkələrə, eləcə də “Youtube”, “Google” və bu ölkəni tənqid edən saytlara giriş bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR