Yaponiyada 4,9 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunmuşdur

Yaponiyada 4,9 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunmuşdur
# 17 avqust 2012 04:43 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın cənubunda 4,9 bal gücündə zəlzələ olub.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tələfat və dağıntılar barədə məlumat verilmir. Yaponiya Milli Metereoloji xidməti sunami təhlükəsi elan etmişdi. Lakin bir necə dəqiqən sonra xəbərdarlıq geri ləğv edilib.
Zəlzələnin episentri ölkənin cənubunda Şərqi-Çin dənizinin Kumato prefekturasının sahilində, mərkəzi isə dənizin dibinin yerləşib.
Güclü yer təkanları Yaponiyanın 7 prefekturasında hiss olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR