Pan Gi Mun: “İran regional böhranların həllində mühüm vasitəçilik rolunu oynaya bilər” - FOTO

Pan Gi Mun: “İran regional böhranların həllində mühüm vasitəçilik rolunu oynaya bilər” - <font color=red>FOTO</font>
# 29 avqust 2012 13:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran regional böhranların həllində mühüm vasitəçilik rolunu oynaya bilər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranda səfərdə olan BMT baş katibi Pan Gi Mun Tehranın “Mehrabad” hava limanında jurnalistlərə açıqlamasında deyib. Belə bir mötəbər tədbirə dəvət edildiyi üçün İrana təşəkkür edən P. Mun bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısının Tehranda keçirilməsi mühüm əhəmiyyət daşıyır: “Ümid edirəm ki, İranın yüksək səviyyəli rəsmiləri ilə konstruktiv müzakirələr edəcəyik. Daha çox da İran mədəniyyəti və tarixini öyrənmək istəyirəm”.

Qeyd edək ki, BMT baş katibini hava limanında İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai, səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi və Tehran valisi Mürtəza Təməddün qarşılayıb. Onun bugünkü proqramında İran parlamentinin sədri Əli Laricani və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşlər var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR