ABŞ İrana təşəkkür edib

ABŞ İrana təşəkkür edib
# 05 noyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ İrana təşəkkür edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, ABŞ Qızıl Xaç Cəmiyyəti İran Qızıl Aypara Cəmiyyətinə məktub göndərib.

Məktubda İranın ABŞ-da baş vermiş “Sendi” qasırğasından sonra yaranmış problemləri aradan qaldırmaq üçün rəsmi Vaşinqtona humanitar yardım təklifinə görə minnətdarlıq bildirilib.

Eyni zamanda məktubda İran Qızıl Aypara Cəmiyyətinin bu sahədə kifayət qədər təcrübəyə malik olduğu, rəsmi Tehrandan belə bir təklifin gəlməsinin müsbət qarşılandığı da qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR