İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 30-a çatıb

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 30-a çatıb
# 24 sentyabr 2016 04:29 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Yava adasında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qərbi Yava əyalətinin axtarış-xilasedici idarəsinin nümayəndəsi bildirib.

 

“İndiyədək 30 nəfərin meyiti aşkarlanıb, 22 nəfər itkin düşmüş hesab edilir”, deyə nümayəndə qeyd edib.

 

Xatırladaq ki, 2014-cü ildə İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 100 nəfər ölmüş, 600-dək yerli sakin evsiz qalmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR