TRT 20 Yanvar hüzn günündə xəbərlər, proqramlar və kliplər hazırlayacaq

TRT 20 Yanvar hüzn günündə xəbərlər, proqramlar və kliplər hazırlayacaq
# 18 yanvar 2016 11:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. TRT kanalları 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibəti ilə xəbərlər, proqramlar və kliplər hazırlayacaq. Kanalın Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, telekanal eyni zamanda Az.TV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn günündə Şəhidlər Xiyabanından canlı yayım həyata keçirəcək.

Canlı yayımda şahidlərlə yanaşı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsi Beynəlxalq əlaqələr kafedrasının müəllimi Nazim Cəfərsoy və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR