Sumqayıtda xalasının evindən oğurluq edən şəxs tutulub

Sumqayıtda xalasının evindən oğurluq edən şəxs tutulub
# 20 yanvar 2016 11:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda oğurluq hadisəsinin üstü açılıb.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də şəhər sakini Gülnaz Qarayevanın evindən 500 manat oğurlamış bacısı oğlu Nurlan İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR