Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Rayon sakinləri, 18 yaşlı Xanım Zeynalova və onun xalası qızı, 13 yaşlı Aytən Allahverdiyeva yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.