Rusiyada ana 8 yaşlı oğluna siçan zəhəri verib

Rusiyada ana 8 yaşlı oğluna siçan zəhəri verib
# 28 dekabr 2015 10:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Sverdlovsk vilayətinin Asbest şəhərində ana 8 yaşlı oğluna siçan zəhəri yedizdirib.

APA-nın Rusiya bürosunun məlumatına görə, hüquq-mühafizə orqanları cinayətin üstünü aça bilib. Asbest şəhəri sakini, 36 yaşlı qadın 8 yaşlı oğlunu siçan zəhəri ilə zəhərləməyə cəhd göstərib. Qadının etirafına görə, o, bunu xəstə uşağının əzab çəkməməsi üçün edib.

Yekaterinburq şəhərindəki xəstəxanaya yerləşdirilən uşağın həyatını xilas etmək mümkün olub. 8 yaşlı uşaqdan analiz götürdükdən sonra həkimlər dəhşətə gəliblər. Analizin nəticələrinə əsasən uşağın qanında yüksək miqdarda zəhərli və ölümcül maddə - siçan zəhəri aşkarlanıb. Həkimlər dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində yetkinlik yaşına çatmayan uşağa qarşı törədilən cinayətin üstü açılıb. Əməliyyatçılar Sverdlovsk vilayətinin Asbest şəhərinin sakini, 1979-cu il təvəllüdlü qadını yaxalayıblar. Əvvəlcə hüquq-mühafizə orqanları əməkdaşları qadının uşağına siçan zəhərini bilərəkdən vermədiyi, cinayətin ehtiyatsızlıqdan baş verdiyi versiyasını irəli sürüblər. Lakin istintaq zamanı məlum olub ki, 36 yaşlı ana xəstə oğlunun “əzab çəkməməsi” üçün bu əmələ qəsdən yol verib. 8 yaşlı oğlan uşağının nadir xəstəlikdən - atipik hemolitik uremic sindromundan əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsində "azyaşlını qətlə yetirməyə cəhd" maddəsi ilə cinayət işi açılıb. Cinayəti sübuta yetirildiyi təqdirdə, 36 yaşlı qadını 20 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR