Bakı. Cavid Zeynallı – APA. Əməkdar artist, Azərbaycan Dövlət Qədim Musiqi alətləri ansamblının solisti Teyyub Aslanovun yeni musiqi albomu işıq üzü görüb.
APA-nın məlumatına görə, “Aman təklik əlindən” adlı albomda eyniadlı xalq mahnısı, “Bayatı Kürd” muğamı, “Bayatı Şiraz” təsnifi, “Mahur” kompozisiyası ilə yanaşı bəstəsi Polad Bülübüloğluna məxsus “Dilin can incidəndir” mahnısı da yer alıb.
Nəfis tərtibatlı albomda xanəndəni əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılov (kamança) müşayiət edir.
Qeyd edək ki, yaxın aylarda Teyyub Aslanovun solo konsertinin keçirilməsi nəzərdə tutulub.