Türkiyədə yük maşını hərbi avtomobilə çırpılıb, ölən və yaralanan var

Türkiyədə yük maşını hərbi avtomobilə çırpılıb, ölən və yaralanan var
# 24 oktyabr 2016 01:51 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Malatya vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Doğanşehir  rayonunda yük maşınının jandarm qüvvələrinə məxsus avtomobilə çırpılması nəticəsində 2 əsgər yaralanıb.

 

Təcili yardımla yerli xəstəxanaya çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.  Digər yaralı Malatya Dövlət Xəstəxanasına çatdırılıb, onun həyatına təhlükə olmadığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR