Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir
# 26 yanvar 2016 14:50 (UTC +04:00)

Bakı – APA. Bakıda Müttəfiq Dəniz Qüvvələrinin Qərargah rəisi vitse-admiral Corco Latsionun rəhbərlik etdiyi Mobil Təlim Qrupu tərəfindən "Hərbi Dəniz Qüvvələri standartları" mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurs iştirakçılarına "Hərbi Dəniz Qüvvələrinin fəaliyyət istiqamətləri", "Əməliyyat İmkanları Konsepsiyası Proqramının elektron məlumat bazası", "NATO Hərbi Dəniz Qüvvələri standartlarına müvafiq sənədlərlə tanışlıq", "Sertifikatlaşdırma prosesi", "Təlimin planlaşdırılması" və s. mövzular üzrə məruzələr təqdim olunacaq.

Vitse-admiral C. Latsionun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Hərbi Dəniz Qüvvələrinin yeni bazasında və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüşlər keçirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən təlim kursu yanvarın 28-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR