Ulan-Udedə baş verən yanğın nəticəsində 3 uşaq ölüb

Ulan-Udedə baş verən yanğın nəticəsində 3 uşaq ölüb
# 13 yanvar 2016 07:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyanın Ulan-Ude şəhərində baş verən yanğın nəticəsində 3 uşaq ölüb. APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Buryatiya Muxtar Respublikasının İstintaq Komitəsi məlumat yayıb. Yanğının gecə saatlarında başladığı bildirilir.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, qadın uşaqlarını yatırdıqdan sonra digər oğluna dərslərində kömək etmək məqsədilə qonşuluqdakı evə keçib. Təxminən yarım saat sonra qadın evdən tüstü gəldiyini görüb. O, qohumları ilə birlikdə yanğını söndürməyə çalışıb. yanğın söndürüldükdən sonra içəridəki uşaqları öldüyü məlum olub. Hadisənin valideynlərin siqaret çəkərkən ehtiyatsızlığa yol verməsinin səbəb olduğu ehtimal edilir. Belə ki, yaşayış yerinə baxış keçirilərkən hər tərəfdən siqaret qalıqları və kül aşkarlanıb. Yaxın qohumlar da valideynlərin mütəmadi siqaret çəkdiklərini təsdiqləyiblər.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR