Bakıda 3 avtomobil toqquşub, bir nəfər ölüb

Bakıda 3 avtomobil toqquşub, bir nəfər ölüb
# 15 fevral 2016 09:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 14-də Sabunçu qəsəbəsi Aeroport şossesində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Seyfəl Əliyevin idarə etdiyi «Kia-Cerato», 1988-ci il təvəllüdlü Ruslan Məmmədovun idarə etdiyi «Nissan-Teana» və 1989-cu il təvəllüdlü Mirməmməd Bağırovun idarə etdiyi «Mercedes» markalı avtomobillər toqquşub.

Nəticədə, S.Əliyevin sərnişini - anası 1942-ci il təvəllüdlü Zemfira Ağayeva aldığı xəsarətdən 3 saylı Şəhər Klinik xəstəxanasında ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR