Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsinin adı dəyişdirilib.
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi adlandırılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.