Gömrükçülər aksiz markası olmayan külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər aksiz markası olmayan külli miqdarda siqaret müsadirə edib
# 07 oktyabr 2016 09:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaretlər aşkar edilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “VAZ-21013” markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.

 

 Əməliyyat tədbiri nəticəsində “VAZ-21013” markalı minik avtomobili Masallı  şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 85.400 ədəd “Manchester”, “Golden Gate” və “D&J” markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR