Myanmada toqquşmalar başlayandan bəri ölənlərin sayı 510-a çatıb

Myanmada toqquşmalar başlayandan bəri ölənlərin sayı 510-a çatıb
# 30 mart 2021 05:16 (UTC +04:00)

Myanmada fevralın 1-dən bəri etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı 510 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Assosiasiyasının hesabatında bildirilib.

Hesablamalara görə, hərbçilər hakimiyyətə gəldikdən sonra etiraz aksiyalarına sərt basqı göstərilir: “Martın 29-da 51 nəfərin ölümü təsdiqlənib, onlardan 14-ü 29-37 yaş aralığındadır”.

Qeyd edilib ki, bu günədək 2574 nəfər həbs edilib: “Hazırda 37 məhbus həbs cəzasına məhkum edilib. Daha 120 nümayişçi üçün həbs qərarı çıxarılıb. Bazar ertəsi 20-dən çox adamın nəzarətə alınıb”

Martın 27-dən Myanmar Hava Qüvvələrinə aid təyyarələrin Karen ştatına zərbələr endirməsi nəticəsində yeddi kənddən, təxminən 10 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR