Abdullahian Paşinyanla görüşüb

Abdullahian Paşinyanla görüşüb
# 27 dekabr 2023 16:11 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Görüşdə İranın Ermənistandakı səfiri də iştirak edib.

İran XİN rəhbəri və Ermənistan hökumətinin başçısı arasında görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələr, regional kommunikasiyaların açılması və “Sülh kəsişməsi” layihəsi müzakirə olunub.

Qeyd edək ki, Abdullahian bu gün İrəvana səfəri çərçivəsində erməni həmkarı ilə də görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR