"Texnikabank" əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb

"Texnikabank" əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb
# 02 mart 2016 12:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam edir.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 66 mln. 672 min manatdan artıq kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank”, “Rabitə Bank”, “Unibank” və “Kapitalbank” seçilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR