AEBA-nın baş direktor əvəzi Tehrana səfər edəcək

AEBA-nın baş direktor əvəzi Tehrana səfər edəcək
# 07 sentyabr 2019 13:28 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktorunun səlahiyyətlərini icra edən Kornel Feruta bu gün İrana səfər edəcək.

APA-nın “Al-Jazeera”yə istinadən verdiyi xəbərə görə, bu barədə Agentlik məlumat yayıb.

Məlumatda bildirilib ki, K. Feruta sentyabrın 8-də İranda yüksək səviyyli rəsmilərlə görüşlər keçirəcək.

“Səfər AEBA ilə İran arasında davam edən qarşılıqlı əlaqələrin bir hissəsidir. Həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində İranda AEBA monitorinq aparacaq", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR