İranda Ekspertlər Şurasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb

İranda Ekspertlər Şurasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb
# 29 fevral 2016 13:13 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranda Xobreqan Ekspertlər Şurasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb.

APA-nın İran bürosunun məlumatına görə, Əli Əkbər Haşimi Rəfsəncani 2301409 səs toplayaraq bundan öncəki Xobreqan Ekspertlər Şurası seçkilərinin rekordunu qırıb və liderliyini qoruyub saxlayıb. Haşimi Rəfsəncani Həsən Ruhani hökumətini dəstəkləyən nüfuzlu şəxslərdəndir. Prezident Həsən Ruhani də ayətullah İmami Kaşanidən sonra Xobreqan Ekspertlər Şurasında kürsü sahibi olub. Maraqlı məqamlardan biri bu şuranın hazırkı sədri, hökumətin tənqidçilərindən olan ayətullah Məhəmməd Yəzdinin lazımi qədər səs toplaya bilməməsidir. Hökuməti tənqid edən digər nüfuzlu ruhani - ayətullah Məhəmməd Təqi Misbah Yəzdi də uduzanlar sırasındadır. Tehranda islahatçılar düşərgəsinin bütün namizədləri qələbə qazanıb.

Paytaxtda əhalinin seçkilərdə aktivliyi 50% təşkil edib. Parlament seçkilərinin nəticələrinə əsasən islahatçılara yaxın “Ümid” koalisiyasının siyahısındakı namizədlərin hamısı parlamentə vəsiqə qazanıb.

Etirazı olan namizədlərə öz etirazlarını bildirmək üçün 2 gün vaxt verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR