AK Partiyanın bələdiyyə seçkilərində Ankaradan namizədinin adı açıqlanıb

Rəcəb Tayyib Ərdoğan, Turqut Altınok

© APA | Rəcəb Tayyib Ərdoğan, Turqut Altınok

# 18 yanvar 2024 17:07 (UTC +04:00)

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkilərində Ankaradan namizədinin adı açıqlanıb.

APA xəbər verir ki, namizədin adını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

AK Partiyanın Ankara Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizədi Turqut Altınok, İzmir Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizədi isə Hamza Dağ olub.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri mart ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR