Bakı-APA. Oktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Suraxanı RPİ 30-cu PB və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli onun əri Azər Ağayevin törətdiyi müəyyənləşib. Məlum olub ki, A. Ağayev hadisədən sonra Qala qəsəbəsi ərazisində idarə etdiyi “Peugeot” markalı avtomobili paytaxt sakini Kamil Sultanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.
A. Ağayev nəzarətə götürülüb.