Bolqarıstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Bolqarıstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
# 26 mart 2017 21:48 (UTC +04:00)

Bolqarıstanda martın 26-da  keçirilmiş növbədənkənar parlament seçkisinin ilk nəticələri məlum olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən, ilk yeri səslərin 32,8%-ni  toplayan qərbyönümlü “QERB” partiyası tutur.

 

İkinci yerdə Bolqarıstan Sosialist partiyası qərarlaşıb (28,4%). İlkin nəticələrə əsasən, daha 2 partiya 4 faizlik seçki baryerini keçə bilər.

 

Bolqarıstan parlamentinin 240 deputatı 4 illik müddətə seçilir. Seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu, ümumilikdə, 4732 namizəd iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR