Bakı-APA. Nyu-Yorkda Əmək gününə həsr olunan ənənəvi küçə festivalı keçirilən zaman naməlum şəxslər ətrafdakı insanlara atəş açıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir kişi və bir qadın ölüb.
Daha 3 nəfər, o cümlədən 72 yaşlı qadın xəsarət alıb. Hələlik insidentin səbəbləri bəlli deyil. Polis cinayətkarların axtarışı üzrə əməliyyat tədbirləri aparır.