Nyu-Yorkda baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Nyu-Yorkda baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
# 05 sentyabr 2016 21:24 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda Əmək gününə həsr olunan ənənəvi küçə festivalı keçirilən zaman naməlum şəxslər ətrafdakı insanlara atəş açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir kişi və bir qadın ölüb.

Daha 3 nəfər, o cümlədən 72 yaşlı qadın xəsarət alıb. Hələlik insidentin səbəbləri bəlli deyil. Polis cinayətkarların axtarışı üzrə əməliyyat tədbirləri aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR