Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR bu ilin sentyabr ayında Novorossiysk limanından 169 279 ton xam neft ixrac edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 0,29% azdır.
Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 898 048 ton xam neft ixrac edilib. Bu isə ötən ilin 9 ayı ilə müqayisədə 18,39% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.