Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi sahibkarlarla görüşüb

Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi sahibkarlarla görüşüb
# 01 may 2017 11:15 (UTC +04:00)

Bu gün Xaçmazda bölgədə fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Quba-Xaçmaz iqtisadi zonasına daxil olan rayonlarda fəaliyyət göstərən sahibkarlar iştirak edib.


Xaçmaz Gömrük İdarəsinin rəis müavini Vüsal Əzizov ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyinin bu sahənin sürətli inkişafına təkan verdiyini diqqətə çatdırıb. İdarə rəisi bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü davamlı inkişaf strategiyasına uyğun olaraq sahibkarlıq subyektlərinin inkişafı üçün lazımi şərait yaradılıb və sahibkarlar hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunub. Ölkə iqtisadiyyatının davamlı inkişafında bölgə sahibkarlarının da öz töhfələrini əsirgəmədiklərini söyləyən V. Əzizov gömrük orqanları ilə sahibkarlar arasında mütəmadi keçirilən görüşlərin ümumi işə faydasından da bəhs edib.

 

Sonra tədbirdə son dövrün iqtisadi prosesləri, eləcə də idxal-ixrac əməliyyatlarının vəziyyəti müzakirə zamanı Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov iş adamları ilə budəfəki görüşün məqsədinin də sözügedən sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğu bildirilib. Onun sözlərinə görə, ölkədə daxili istehsalın daha da artırılması, bu sahədə gömrük orqanlarına aid məsələlərin birlikdə müzakirə edilməsinin qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirəcəyi və iş adamlarına lazımı dəstəyin bundan sonra da göstəriləcəyi vurğulanıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR