Çində göyərtəsində 400 sərnişinin olduğu gəmi batıb - VİDEO

Çində göyərtəsində 400 sərnişinin olduğu gəmi batıb - <span style="color: red;">VİDEO
# 02 iyun 2015 00:11 (UTC +04:00)

Bakı-APA. Çinin şərqində Yantsı çayında göyərtəsində 400 sərnişinin olduğu gəmi qəzaya uğrayıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, “Şərq Ulduzu” adlı çay gəmisi Hubey əyalətində batıb.

Gəminin Nankin-Çuntsin marşrutu ilə hərəkət etdiyi bildirilir. Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR