Azərbaycanda 15 regional mədəniyyət və turizm şöbəsi yaradılacaq

Azərbaycanda 15 regional mədəniyyət və turizm şöbəsi yaradılacaq
# 05 oktyabr 2016 10:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Regionlarda turizm işinin təşkili məqsədi ilə mədəniyyət və turizm şöbələrinin strukturunda dəyişikliklər olacaq.

APA-nın məlumatına görə, bu barədə Xaçmazda turizmin mövcud vəziyyətinə, turizm rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirədə bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən müşavirədə qeyd olunub ki, şimal regionun turizm imkanlarının daha geniş təbliğ olunması, turistlərə yerli turizm məhsullarının və marşrutlarının təqdim edilməsi, bu sahədə xidmətlərin göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmaz, Quba və Qusar turizm informasiya mərkəzləri yaradılıb.

Müşavirədə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, vergilər nazirinin müavini Sahib Ələkbərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək prezidentin “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar görüləcək işlərdə Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Məlumat verilib ki, respublika üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkili nəzərdə tutulub.

Turizmin mövcud vəziyyəti, turizm rekreasiya zonalarının inkişafına həsr olunan növbəti müşavirə İsmayıllı rayonunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR