Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 335 metr qazma işi həyata keçirilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 4 047 metr və ya 48,89% çoxdur.
Bu sahədə görülmüş işlərin 11 570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 86 583 metr qazma işi görülüb.
Bu, 2015-ci ilin 9 ayı ilə müqayisədə 6 035 metr və ya 7,49% çoxdur. Bunun da 84 518 metri istismara, 2 065 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.