BMT Baş katibi: Dünya yenidən atom təhlükəsi ilə üzləşib

BMT Baş katibi: Dünya yenidən atom təhlükəsi ilə üzləşib
# 06 avqust 2023 11:15 (UTC +04:00)

Dünyada etimadsızlıq və fikir ayrılığı artır, atom müharibəsinin təbilləri yenidən döyülür.

APA-nın “Alman dalğası”na istinadən verdiyi xəbərə görə, bunu BMT Baş katibi Antonio Quttereş Xirosimaya atom bombası atılmasının 78-ci ildönümü münasibətilə məktubunda yazıb.

BMT Baş katibi bildirib ki, Soyuq Müharibə dövründən sonra dünyanın başı üzərində yenidən atom kölgəsi peyda olub: “Bəzi ölkələr yenidən düşüncəsiz şəkildə atom silahından istifadə məsələsini ortaya atır”.

Antonio Quttereş dünyanı atom silahından imtina etməyə çağırıb: “Bu, atom müharibəsi təhlükəsini istisna etməyin yeganə vasitəsidir”.

Qeyd edək ki, 1945-ci il avqustun 6-da ABŞ Yaponiyanın Xirosima şəhərinə atom bombası atıb. Xirosima Naqasaki ilə bərabər dünyada atom bombasının tətbiq edildiyi yeganə şəhərlərdir. Nəticədə Xirosimada 100 minə qədər, Naqasakidə 70 minə qədər insan ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR