Göyçayda ikimərtəbəli evdə yanğın olub

Göyçayda ikimərtəbəli evdə yanğın olub
# 08 avqust 2016 20:39 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçayda fərdi yaşayış evində yanğın hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Rayon sakini 1982-ci il təvəllüdlü Əsədov Elşən Fərrux oğluna məxsus ümumi sahəsi 460 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 3 kvadratmetrlik hissəsi yanıb. Yanğın vaxtında söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR