Avropa İttifaqı Komissiyasının Büdcə və İnsan Resursları üzrə direktor müavini Kristalina Georgiyeva bundan sonra Dünya Bankının (DB) baş icraçı direktoru vəzifəsini icra edəcək. “APA-Economcis” xəbər verir ki, K. Georgiyeva buna görə Aİ-dəki vəzifəsindən istefa verdiyini bəyan edib.
K. Georgiyeva Aİ-dəki vəzifəsindən öncə DB-nin direktor müavini vəzifəsini icra edib. O, DB-dəki yeni vəzifəsinin icrasına isə gələn il yanvarın 2-dən başlayacaq.
K. Georgiyevanın Avropa İttifaqı Komissiyasındakı vəzifəsini isə qurumun direktoru Cunker (Juncker) həyata keçirəcək.