Britaniyanın xarici işlər naziri İsrailə gedib

Britaniyanın xarici işlər naziri İsrailə gedib
# 11 oktyabr 2023 16:03 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə gedib.

APA "Sky-News"a istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli HAMAS silahlı qruplaşmasının hücumlarından sonra İsrail xalqı ilə həmrəylik nümayiş etdirmək üçün İsraildədir.

XİN rəhbərinin Ofisindən bildirilib ki, o, HAMAS-ın hücumlardan sağ çıxanlarla və yüksək səviyyəli İsrail rəsmiləri ilə görüşərək bu ölkənin özünümüdafiə hüququna Böyük Britaniyanın dəstəyini ifadə edəcək.

Daha əvvəl "Sky News"a danışan nazir Ceyms Kleverli HAMAS-ın hücumunu pisləyib və fələstinlilərin tərəfdarlarını Britaniyadakı etiraz aksiyalarına qatılmamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR