Şimon Peresin ölümü ilə bağlı İsrailin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Şimon Peresin ölümü ilə bağlı İsrailin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
# 05 oktyabr 2016 09:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

APA-nın məlumatına görə, kitaba ürək sözlərini yazmaq istəyən vətəndaşlar saat 10.00-dan 13:00-dak və 14:00-dan 16:00-dak, sabah saat 14:00-dan 16:00-dak səfirliyə gedə bilərlər.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da Ş. Peresin vəfatı ilə əlaqədar səfirliyə gedərək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR