Pakistanda 300 İŞİD üzvü saxlanılıb

Pakistanda 300 İŞİD üzvü saxlanılıb
# 02 sentyabr 2016 05:00 (UTC +04:00)

Bakı-APA. Pakistan polisi İŞİD terror qruplaşmasının 300-dən çox üzvünü saxlayıb. APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında İŞİD-in yerli qolunun lideri var.   

 

Pakistan Silahlı Qüvvələrinin nümayəndəsinin məlumatına görə, İŞİD-in Pakistandakı lideri Hafiz Ömər və qruplaşmanın 300-dən çox üzvü aparılmış əməliyyat nəticəsində ölkənin müxtəlif bölgələrində saxlanılıb.  Saxlanılanlardan 25-i Əfqanıstan, Suriya və İraq vətəndaşlarıdır.     

 

Ordu nümayəndəsi bildirib ki, Şimali Vəziristan əyalətində davam etdirilən əməliyyat nəticəsində, ümumilikdə, 3500 silahlı öldürülüb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR