Cənubi Koreya irimiqyaslı "Hoguk" təlimlərini keçirəcək

Cənubi Koreya irimiqyaslı "Hoguk" təlimlərini keçirəcək
# 13 oktyabr 2023 07:58 (UTC +04:00)

Koreya Respublikasının hərbçiləri oktyabrın 16-dan noyabrın 22-dək illik genişmiqyaslı Hoguk səhra təlimini keçirəcək.

APA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Manevrlərə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları cəlb olunacaq.

Təlimlərin məqsədi döyüş hazırlığının və qoşun növləri arasında qarşılıqlı əlaqənin uzlaşdırılmasını artırmaqdır.

Təlim zamanı KXDR-dən gələn nüvə təhlükəsini, onun raket və pilotsuz təyyarələrini nəzərə alan ssenarilər işlənəcək.

Manevrlərdə ABŞ hərbçiləri də iştirak edəcək.

"Hoguk" təlimləri ilk dəfə 1996-cı ildə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR