Türkiyə hərbçiləri Azərbaycan Ali Hərbi Məktəbində olublar

Türkiyə hərbçiləri Azərbaycan Ali Hərbi Məktəbində olublar
# 13 aprel 2017 11:08 (UTC +04:00)

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.

 

Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR