Bakı-APA. ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb.
APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, qasırğanın yaratdığı sel və daşqınlar nəticəsində Şimali Karolina ştatında 9 nəfər ölüb, 4 nəfər itkin düşmüş hesab edilir.
Təbii fəlakət nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib, yollar yararsız vəziyyətə düşüb, məktəblər bağlanıb.
Virciniya ştatında külək ağacları qırıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib.