İnvestisiya layihələrini "Tik-idarə et-təhvil ver" modelinə uyğun həyata keçirən investorlar rüsum ödəməyəcək

İnvestisiya layihələrini "Tik-idarə et-təhvil ver" modelinə uyğun həyata keçirən investorlar rüsum ödəməyəcək
# 14 oktyabr 2016 11:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumu ödəməyəcək.

"APA-Economics"in məlumatına görə, Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Sözügedən qanuna təklif olunan 3.3-cü maddəyə əsasən, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR