Çin "Gaofen-12-04" məasfdən zondlama peykini uğurla orbitə buraxdı

Çin "Gaofen-12-04" məasfdən zondlama peykini uğurla orbitə buraxdı
# 21 avqust 2023 03:35 (UTC +04:00)

Çin geodeziya və şəhərsalma layihələrində istifadə olunacaq, Yerin məsafədən zondlanması "Gaofen-12-04" peykini uğurla orbitə buraxıb.

APA xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Cihazın orbitə buraxılması bazar ertəsi Pekin vaxtı ilə saat 01:45-də (bazar günü Bakı vaxtı ilə 20:45) CZ-4C raketindən istifadə edilməklə Çinin şimalındakı Tszyutsyuan kosmodromundan həyata keçirilib.

Gaofen-12-04-dən alınan məlumatların, həmçinin yol kommunikasiyaları şəbəkəsinin inkişafı proqramında, kənd təsərrüfatında məhsul məhsuldarlığının qiymətləndirilməsində, gözlənilən təbii fəlakətlər barədə xəbərdarlıq etmək üçün istifadə edilməsi planlaşdırılır.

Pekin həm meteoroloji, həm də telekommunikasiya, naviqasiya peykləri, eləcə də Ayın tədqiqi texnologiyalarını inkişaf etdirərək, milli kosmik proqramı fəal şəkildə inkişaf etdirir. Çinli mütəxəssislər eyni vaxtda asteroidlərin və Marsın tədqiqi layihəsini həyata keçirirlər. Orbitdə beynəlxalq əməkdaşlığa hazır olan ÇXR kosmik stansiyasının tikintisi başa çatıb.

2022-ci ildə Çin 64 buraxılış həyata keçirərək bir daha öz rekordunu qırdı. Bu göstəriciyə görə Çin ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR